İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib

Rusiyada miqrant uşaqları barədə məlumat mübadiləsi haqqında qanun qüvvəyə minib
Prezident: Gələn il şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək
Niderlandda yaşayan azərbaycanlılar həmrəylik aksiyası keçiriblər

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlətimizin başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Türkiyə Respublikasının Prezidenti telefon zənginə və ifadə edilmiş başsağlığına görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib.

President.az