Türkiyənin qardaş və dost ölkələrlə diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümünə həsr olunan rəsmi qəbul keçirilib

Azərbaycanın Baş naziri Anım Günü münasibətilə Türkiyənin vitse-prezidentinə məktub ünvanlayıb
Gələn il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub
Xarici işlər naziri Ceyhun Bayramovun Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı ilə görüşünə dair mətbuat məlumatı

Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə Ankara şəhərində Türkiyənin qardaş və dost ölkələrlə diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümünə həsr olunan rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Otuzuncu il mərasimi” devizi altında təşkil olunan mərasim Türkiyənin Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Belarus, Moldova və Ukrayna ilə diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümü münasibətilə təşkil edilib. Adıçəkilən ölkələrin Türkiyədəki səfirləri, hərbi attaşelər, Səfirlik və Hərbi Attaşe aparatı əməkdaşları, türk dövlətlərini təmsil edən beynəlxalq təşkilatların rəhbərləri mərasimdə iştirak ediblər.

Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Sultan Rayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digərləri iştirakçılar arasında olublar.

Rəsmi hissə və bədii proqramdan ibarət olan mərasimin açılışında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış ediblər.

Sonra Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Türk Dünyasının Musiqi Birliklərinin ifasında zəngin bədii proqram təqdim olunub.

AZƏRTAC