Türkmənistan Xəzər dənizi vasitəsilə elektrik enerjisi ixrac etməyə hazırlaşır

Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
Milli Məclisin deputatları Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak ediblər

Hazırda Xəzər dənizinin Türkmənistan sahilində tikilməkdə olan buxar-qaz elektrik stansiyası Türkiyə Respublikası da daxil olmaqla qonşu ölkələrə və oradan da digər dövlətlərə elektrik enerjisi ixracına imkan verəcək.

AZƏRTAC Türkmənistan Dövlət Xəbər Agentliyinə (TDH) istinadla xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Çalık Holding” şirkətlər qrupu İdarə Heyətinin sədri Ahmet Çalık ilə görüşündə bildirib.

Türkmənistan Prezidenti əmin olduğunu bildirib ki, “Çalık Holding” Türkmənistanda milli əhəmiyyətli layihələri bundan sonra da effektiv şəkildə həyata keçirəcək, ən müasir tələblərə cavab verən yeni texnologiyalar və avadanlıqlar tətbiq edəcək.

AZƏRTAC