Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

“Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Görüşdə Xankəndidə tikiş fabrikinin videobağlantı vasitəsilə açılışı olub
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

5-7 iyun tarixlərində Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti ilə başa çatıb.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında keçirilən konserti qardaş ölkənin rəsmiləri, Azərbaycan Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri izləyiblər.

Konsert proqramı “Mənim Azərbaycanım” süitası ilə başlanıb.

Sonra kollektivin ifasında “Qavalla rəqs”, “Nağaralarla rəqs”, “Toy”, “Qazaxı”, “Halay”, “Naz eləmə”, “Tərəkəmə”, “Uzundərə”, “Ağ çiçəyim”, “Çayçı”, “Bahar” və “Qaytağı” rəqslərimiz yüksək şövqlə təqdim olunub.

Bütün nömrələr tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

 AZƏRTAC