TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışılıb

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasında 2018-ci il 11 aprel tarixində keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatına dair BƏYANATI
Faiz gəlirlərinin vergiyə cəlb olunmasında vahid mexanizm tətbiq ediləcək
Avropa İttifaqı: Azərbaycandakı əməkdaşlıq layihələrinin təxminən 30 faizi təhsillə bağlıdır

“Ötən ilin sentyabr-noyabr aylarında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi zəfər Azərbaycan torpaqlarının 30 ildən bəri davam edən işğalına son qoyaraq, regionda yeni geosiyasi reallıq yaradıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün TÜRKPA-nın Qazaxıstanın Türküstan şəhərində keçirilən 10-cu plenar iclasında Zəngəzur dəhlizinin inşasının strateji əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, bu böyük qələbənin önəmli nəticələrindən biri də türkdilli ölkələr arasında birbaşa əlaqə yaradacaq Zəngəzur dəhlizinin inşası üçün tarixi bir imkan yaranmasıdır: “İndiyədək bölgədə uğurla həyata keçirilmiş transmilli enerji – nəqliyyat layihələri ilə birlikdə bu dəhliz türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq”.

Report