USAID Qubada Yəhudi Mədəniyyət Evi yaradacaq

İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Prezident: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik
Ali Məclisin növbəti iclası keçirilib, muxtar respublikanın yeni Baş naziri təyin edilib

İsrail və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Quba rayonunda yerləşən Qırmızı qəsəbədə Yəhudi Mədəniyyət Evinin açılması üzərində birgə fəaliyyət göstərəcəklər. Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin tviter səhifəsindəki paylaşımda deyilir.

Xatırladaq ki, daha əvvəl ABŞ səfiri Erl Lisenberger və İsrail səfiri Corc Dikin Quba rayonunda yerləşən Qırmızı qəsəbəyə səfər ediblər.

Səfirlər üçün ekskursiyanı Dağ Yəhudiləri Muzeyinin direktoru İqor Şaulov keçirib. O, dağ yəhudilərinin mədəni əhəmiyyəti və tarixi barədə məlumat verib. Tərəflər həmçinin turizmin inkişafı və regionun mədəni irsinin qorunub saxlanması ilə bağlı ABŞ, İsrail və Azərbaycan arasında əməkdaşlığı müzakirə ediblər.

Virtualaz