Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Azərbaycan XİN Qara Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
FANA-nın sədri və OANA-nın prezidenti media qurumlarının əlaqələrini gücləndirmək yollarını müzakirə ediblər
Bakıda yəhudi irsi və mədəniyyəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 18-də ölkəmizdə dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş XVIII Beynəlxalq Musiqi Festivalı başlayır.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festival sentyabrın 30-dək davam edəcək.

Musiqi bayramı hər il bir sıra ölkələrdən tanınmış ifaçı və kollektivləri bir araya gətirir. Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəranda konsert proqramları, tamaşa nümayişləri, sərgilər, təqdimatlar və digər mədəni tədbirlər təşkil olunacaq.

Festival çərçivəsində Özbəkistan, Almaniya və Türkiyədə də müxtəlif səpkili tədbirlər keçiriləcək.

Builki festival, eyni zamanda Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı ilə yadda qalacaq.

AZƏRTAC