Vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanıldı

Hikmət Hacıyev : “Biz istəyirik ki, dostlarımız bir-biri ilə də dostluq etsinlər”
Azərbaycan, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarına baxırlar
Vətən müharibəsinin xronikası: 28-ci gün

Bu gündən Təhsil Nazirliyinin yeni 146-3 “Qaynar xətt” xidməti fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər. 

Müraciət edən hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.

146-3 “Qaynar xətt” xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

report.az