VIII Qlobal Bakı Forumu işini panel iclaslarda davam etdirir

Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Peşə təhsili müəssisələrində işləmək istəyənlərin nəzərinə: Sabah sənəd qəbulu başa çatır
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib

Azərbaycan paytaxtında “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumu noyabrın 4-də açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, Forumun birinci panel iclası “COVID-19-dan sonra yeni dünya nizamı” mövzusuna həsr olunub.

Paneldə COVID-19-dan sonra siyasi landşaft, postkonflikt idarəçilik, qlobal idarəetmə, qlobal təhlükəsizlik, dəyişən dünyada Çinin rolu, Böyük 7-lik və Böyük 20-lik formatları, qlobal iqtisadiyyat və ticarət, təbii resurslar uğrunda mübarizə, qeyri-bərbərlik, insan haqları, ətraf mühit və sabit iqtisadi inkişaf məsələləri müzakirə ediləcək.

2008, 2009-2011-ci illərdə Belçikanın Baş naziri olmuş Yves Letermenin moderatorluğu ilə keçən iclasda Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramovun, BMT-nin 75-ci Baş Assambleyasının sədri, 2015-2016-cı illərdə Türkiyə Respublikasının Avropa İttifaqı işləri naziri olmuş Volkan Bozkırın, Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti (rəqəmsal spiker) Vanq Çaonun, 1999-2007-ci illərdə Latviyanın Prezidenti olmuş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın, 2016-2018-ci illərdə Türkiyənin Baş naziri, 2018-2019-cu illərdə Böyük Millət Məclisinin sədri işləmiş Binəli Yıldırımın, 2015-ci ilin Nobel Sülh Mükafatı Laureatı Ouided Bouchamaoninin, 2001-2011-ci illərdə Ərəb Liqasının Baş Katibi, 1991-2001-ci illərdə Misirin Xarici İşlər Naziri olmuş Amre Moussanın çıxış edəcəyi gözlənilir.

AZƏRTAC