Vladimir Putin: Azərbaycanla müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk

“UK Export Finance” Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələrinə yönəldə biləcəyi vəsaiti açıqlayıb
Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Vətən müharibəsindən qayıdan hərbçilərlə bağlı komissiya işə başlayıb

Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyiniz kursa ümumxalq dəstəyini tam təsdiq edir.

AZƏRTAC xəbər verir ki, bu fikir Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin seçkilərdə qələbə qazanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

Rusiya Prezidenti məktubunda, həmçinin yazıb: “Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində tərəfdaşlıq qarşılıqlı əlaqələrinin genişləndirilməsi üzrə fəal birgə işi davam etdirəcəyik. Şübhəsiz ki, bu iş dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin, təhlükəsizliyin gücləndirilməsi istiqamətində gedir”.

Vladimir Putin Prezident İlham Əliyevə dövlət başçısı vəzifəsində məsuliyyətli fəaliyyətində səmimi-qəlbdən uğurlar, möhkəm cansağlığı və əmin-amanlıq arzu edib.