İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq seçkilərin qalibi olub

USAID Qubada Yəhudi Mədəniyyət Evi yaradacaq
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir
Türkiyənin Azərbaycandakı səfiri Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası ilə görüşüb

Fevralın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, M.Pənahov 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsinin 6102-dən (93,35 faiz) nəticələrin MSK-ya daxil olduğunu bildirib. Qeyd edib ki, həmin protokollar üzrə etibarlı hesab edilmiş səslərin sayı 4 milyon 651 min 473-ə bərabərdir. Bu etibarlı səslər namizədlər arasında aşağıdakı kimi bölünüb:

Lider namizəd Əliyev İlham Heydər oğlu – 4 milyon 281 min 625 səs (92,05 faiz);

Əliyev Fuad Ağası oğlu – 24 min 799 səs (0,53 faiz);

Həsənquliyev Qüdrət Müzəffər oğlu – 81 min 799 səs (1,76 faiz);

Musayev Elşad Nəbi oğlu – 31 min 33 səs (0,67 faiz);

Mustafa Fazil Qəzənfər oğlu – 92 min 980 səs (2 faiz);

Nurullayev Razi Qulaməli oğlu – 37 min 386 səs (0,80 faiz);

Oruc Zahid Məhərrəm oğlu – 101 min 851 səs (2,19 faiz).

Məzahir Pənahov bildirib ki, beləliklə, çox az sayda məntəqə üzrə məlumatlar MSK-ya daxil olmayıb. Hesab edirəm ki, artıq səhərdən biz bu dairə seçki komissiyalarının protokollarını qəbul edəcək və həmin protokollar üzrə lider namizədin səslərini müəyyənləşdirəcəyik. Ayın 9-da dairə seçki komissiyalarının protokolları əsasında seçkinin nəticələrini ictimaiyyətə təqdim edəcəyik. Bundan sonra daxil olan sənədləri araşdırıb MSK-nın iclasına çıxaracaq və səsvermənin nəticələri ilə bağlı yekun protokolu təsdiqləyib qəbul edəcəyik. Beləliklə, MSK səviyyəsində seçkilərə yekun vurub protokolu təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərəcəyik.

Konstitusiya Məhkəməsi MSK-nın təqdim etdiyi sənədləri araşdırıb qərar qəbul edəcək. Konstitusiya Məhkəməsinin qərarı qətidir və bu qərardan sonra lider namizəd seçilmiş hesab olunur. O, andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayacaq.

MSK-nın sədri qeyd edib ki, seçkilər çox yüksək səviyyədə hazırlanaraq keçirilib. Bu seçkilərdə Azərbaycan seçiciləri konstitusion hüquqlarını həyata keçirərək səs veriblər.