Vladimir Putin: Azərbaycanla müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk

İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışlarında iştirak ediblər
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyiniz kursa ümumxalq dəstəyini tam təsdiq edir.

AZƏRTAC xəbər verir ki, bu fikir Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin seçkilərdə qələbə qazanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

Rusiya Prezidenti məktubunda, həmçinin yazıb: “Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində tərəfdaşlıq qarşılıqlı əlaqələrinin genişləndirilməsi üzrə fəal birgə işi davam etdirəcəyik. Şübhəsiz ki, bu iş dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin, təhlükəsizliyin gücləndirilməsi istiqamətində gedir”.

Vladimir Putin Prezident İlham Əliyevə dövlət başçısı vəzifəsində məsuliyyətli fəaliyyətində səmimi-qəlbdən uğurlar, möhkəm cansağlığı və əmin-amanlıq arzu edib.