Vyaçeslav Volodin: Rusiya-Azərbaycan ticarət dövriyyəsinin 30 faiz artması yaxşı göstəricidir

Prezident Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb
Milli Məclisin nümayəndə heyəti İƏT Parlament İttifaqının XVI Konfransında iştirak edir
İsveçrənin Bazel şəhərində Azərbaycan filmi nümayiş olunub

Rusiya-Azərbaycan ticarət dövriyyəsinin 30 faiz artımı çox yaxşı göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin iyunun 24-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

V.Volodin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini məmnunluqla vurğulayıb və bildirib ki, ticarət dövriyyəsinin 30 faiz artımı bunun çox yaxşı göstəricisidir.

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri, eyni zamanda, turizm sahəsində əməkdaşlığın genişləndiyini qeyd edərək ötən il Rusiyadan Azərbaycana 850 mindən artıq turistin gəldiyini bildirib və bu göstəricinin 18 faiz artdığını qeyd edib.

O bildirib ki, bu rəqəm Rusiya turistləri üçün ənənəvi olan bir çox ölkələrin göstəricisini artıq geridə qoyub.