Xarici İşlər Nazirliyinin strukturunda dəyişiklik edilib

Prezidentin köməkçisi: “Azərbaycanın türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı var”
Azərbaycan ərazisindəki bütün mədəni və dini abidələr Azərbaycan dövlətinin və xalqının mədəni irsinə aiddir
Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib

Xarici İşlər Nazirliyinin (XİN) strukturunda dəyişiklik edilib.

“Report”un əldə etdiyi məlumata görə, bunun nəticəsində nazir müavini Fariz Rzayevin səlahiyyətləri artırılıb.

Belə ki, o, bundan sonra XİN-in İkinci Avropa İdarəsi, Amerika İdarəsi, Asiya İdarəsi, Yaxın Şərq və Afrika İdarəsi, Nazirliyin İnspeksiyası, YUNESKO üzrə Milli Komissiyanın Daimi Katibliyi, Ümumi Katiblik, Xüsusi Şöbə və İşlər İdarəsinin fəaliyyətinə nəzarəti həyata keçirəcək. Bundan əvvəl həmin strukturlara nəzarəti XİN başçısının sabiq müavini Ramiz Həsənov yerinə yetirib.

Bununla yanaşı, əvvəllər xarici işlər nazirinin kurasiyasında olan Dövlət Protokolu İdarəsi də F.Rzayevin nəzarətinə verilib.

Daha əvvəl onun kurasiyasında nazirliyin Konsulluq İdarəsi, Linqvistika Təminat İdarəsi, Arxiv İdarəsi və Xüsusi Rabitə Təminatı İdarəsi olub. Beləliklə, XİN-də F.Rzayevin nəzarətində olan strukturların sayı 4-dən 14-ə çatıb.

Qeyd edək ki, 44 yaşlı F.Rzayev 2020-ci ilin sentyabrından xarici işlər nazirinin müavinidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı sərəncamlaRamiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. O, Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Report