XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib

Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olan astronavt Bakının şəklini çəkib
Şuşada Bülbülün ev-muzeyi
Prezident: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik

Oktyabrın 1-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, hökumət rəsmiləri, həmçinin ədəbiyyat nümayəndələri və xarici qonaqlar iştirak edirlər.

Sərginin media tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) XI Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə iştirak edir.

Açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu qeyd edib ki, beynəlxalq miqyasda keçirilən bu sərgi Azərbaycanın mədəni potensialını, nəşriyyat işinin inkişafını və dünya ədəbiyyatı ilə əlaqələrinin möhkəmlənməsini nümayiş etdirir. O, bu cür layihələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

AZƏRTAC