XİN: Paşinyanın azərbaycanlı girovlarla bağlı bəyanatı onun ümumbəşəri humanizm prinsiplərini rədd edən biri olduğunu göstərir

Prezident İlham Əliyev “Courtyard by Marriott Baku” otelinin açılışında iştirak edib
Doqquz ay ərzində respublikanın su hövzələrinə 370 milyon balıq körpəsi buraxılıb
İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirak edib

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın mətbuat konfransında əsirlərin dəyişdirilməsi məsələsinə münasibət bildirərək erməni əsirliyində saxlanılan iki azərbaycanlı mülki şəxsin Azərbaycana qaytarılmasına qarşı çıxdığını bildirməsi ilə əlaqədar açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, açıqlamada deyilir: “Beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş istifadə olunur. Azərbaycan beynəlxalq hüququn müvafiq konvensiyaları, eləcə də humanizm prinsiplərindən çıxış edərək hər iki tərəfdə saxlanılan girovların dəyişdirilməsi təklifi ilə çıxış etdiyi halda, Paşinyan səsləndirdiyi bəyanatı ilə əslində ölkəsinin üzvü olduğu Cenevrə Konvensiyaları və onun əlavə protokollarına zidd olaraq beynəlxalq öhdəliklərini kobudcasına pozduğunu etiraf etdi. Bu addım, həmçinin onun ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər zaman təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymadığını göstərdi.

Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanın bu bəyanatı onun sivil davranışlardan tamamilə uzaq, sözdə sülh və barışıqdan bəhs edən, əməli olaraq isə ümumbəşəri humanizm prinsiplərini rədd edən biri olduğunu açıq şəkildə nümayiş etdirir.

Bu bəyanat Paşinyanın sələfi Serj Sarkisyandan qətiyyən fərqlənmədiyini göstərir”.