Xocalının Təzəbinə, Ballıca və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb

Mehriban Əliyeva: İnsan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram
Gələnilki Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Ankarada keçirilməsi planlaşdırılır
Tarif Şurası bəzi məhsulların qiymətinin dəyişməsi ilə bağlı qərar qəbul edib

İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam edir. Oktyabrın 28-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanları Ağdamdan Xocalının Ballıca, Təzəbinə və Badara kəndlərinə yola salınıb.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 13 ailə – 51 nəfər, Təzəbinə kəndinə 17 ailə – 72 nəfər, Badara kəndinə isə 17 ailə – 62 nəfər köçürülür.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

AZƏRTAC