XRİTDX: Ötən il dekabr ayı ərzində 20 milyona yaxın zərərli keçid blok edilib

Birinci vitse-prezident Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olub
Prezident Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında sərəncam imzaladı
Ombudsman Başlıbel qətliamının 29-cu ildönümü ilə əlaqədar açıqlama yayıb

Dövlət qurumlarının informasiya sistemlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən 2025-ci ilin dekabr ayı üzrə 99 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb.

AZƏRTAC Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, bu kibertəhdidlərin 89-u daxili araşdırma, 10-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

Bundan əlavə 2025-ci ilin dekabr ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 19.168.168 zərərli keçid, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 4.191 zərərverici tərkibli elektron sənəd qeydə alınaraq bloklanmışdır. Bununla yanaşı son istifadəçilərdə quraşdırılan təhlükəsizlik həlləri (mərkəzləşdirilmiş antivirus sistemi) vasitəsilə 390.859 sayda zərərli fəaliyyətin qarşısı alınıb.

Eləcə də, ötən ilin dekabr ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 5.428.089 elektron poçt emal edilib ki, onlardan 3.212 688-i istifadəçilərə çatdırılıb, 2 .215.401-i zərərli tərkibli olması müəyyənləşdirilməklə blok edilib.

AZƏRTAC