Yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinin istifadəsinə verildi

Baş Prokurorluq əhaliyə müraciət edib
Almaniyanın “GEO” jurnalı: “Bakı – xəyallar şəhəri”
Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Beyləqan rayonunda inşa etdirilmiş fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir. Cari ildə 600-ə yaxın mənzilin qeyd olunan kateqoriyalara aid insanlara təqdim olunması planlaşdırılıb. Bu istiqamətdə ardıcıl işlər aparılmaqla yeni inşa olunmuş mənzillər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunur. Beyləqan rayonunda da bu proses uğurla davam etdirilir.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və onların ailə üzvləri ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar sosial cəhətdən həssas qruplara, o cümlədən Qarabağ müharibəsi əlillərinə dövlət qayğısının mütəmadi olaraq artırıldığına, yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Trend: