“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinə start verilir

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib
Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində yeni məktəb inşa edilib
Bu gün müddətli müqavilə əsasında müəllimlərin işə qəbuluna start verilir

“Yüksəliş” müsabiqəsi iştirakçılarının səbirsizliklə gözlədiyi onlayn mərhələ tezliklə start götürəcək.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib.

O bildirib ki, 5 mərhələdən ibarət olacaq “Yüksəliş” müsabiqəsinin dördüncü mövsümü aprelin 14-ü saat 11:00-da onlayn mərhələnin “Ümumi biliklər imtahanı” üzrə sınaq imtahanı ilə başlanacaq: “İmtahan hər blok üzrə 25 sual olmaqla “Azərbaycan bloku”, “Dünya bloku”, “İdarəetmənin əsasları”, “Müasir trendlər” blokları üzrə aparılacaq. Ötən illərdən fərqli olaraq, onlayn mərhələ “Ümumi biliklər imtahanı” və CV turu olmaqla 2 hissədən ibarətdir. Sistemə giriş isə 1 saat öncədən aktiv olacaq”.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti – dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.