Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilib

Prezident İlham Əliyev yeni təyin olunan gənclər və idman nazirini videoformatda qəbul edib
Azərbaycan komandası III Dünya Köçəri Oyunlarının mas-reslinq yarışında üç medal qazanıb
Azərbaycan nümayəndə heyəti Mahaçqalada görkəmli ictimai-siyasi xadim Maqomedsalam Umaxanovun 100 illik yubileyi tədbirində iştirak edib

Gəncə şəhəri 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı elan edilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov MDB-nin baş katibi Sergey Lebedevlə keçirdiyi mətbuat konfransında MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Minskdə keçirilən iclasında iştirakçıların birgə bəyanatının mətnini oxuyub. Bəyanatda bildirilir ki, 2025-ci ildə Gəncə şəhərinin və 2026-cı ildə Almatı şəhərinin MDB-nin idman paytaxtı elan edilməsi barədə qərar qəbul olunub.

Həmçinin diplomatik idarələrin rəhbərləri və nümayəndələri jurnalistlərin peşə fəaliyyəti üçün təhlükəsiz şəraitin təmin edilməsi və hüquqlarının pozulmasının qarşısının alınması, hərbi təhlükəsizliyin təmin edilməsi problemlərinin araşdırılması, məhkəmə sistemləri üçün kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasartırması sahəsində MDB-nin əsas qurumları haqqında qərar qəbul ediblər. Habelə, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi” adlı vahid yubiley medalının təsis edilməsi və MDB üzvü olan dövlətlərə göndərilən nümayəndə heyətlərinin hüquqi statusu haqqında Konvensiya layihəsi barədə qərar qəbul olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva