Yunan filmləri Azərbaycanda

AVCİYA Xaçmazda regional seminar keçirib
AVCİYA-nın “Baxış bucağı” debatlar silsiləsindən üçüncü debat olub
AVCİYA seçkiərəfəsi beynəlxalq təşkilatların rəy və tövsiyələri ilə bağlı kitab nəşr etdi

“28 cinema” klubda, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Yunanıstan Səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda Yunan filmləri festivalı”nın açılışı olub. Festivalın açılışında görkəmli mədəniyyət xadimləri ilə yanaşı müxtəlif ölkələrin Azərbaycanda olan səfirləri və nümayəndəlikləri də iştirak ediblər.

Fesitivalı giriş sözü ilə açıq elan edən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Vitse-prezidentİ Vəli Əlibəyov ölkəmizdə keçirilən “Azərbaycanda Yunan filmləri festivalı”nın Azərbaycan və Yunanıstan arasındakı mədəniyyət əlaqələrinin inkişafında müsbət addımlardan biri hesab etdiyini vurğulayıb. Sonra Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqas da çıxış edərək Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gələn festivalın keçirilməsini müsbət hal kimi qarşıladıqlarını bildirərək, qonaqları filmlərə baxmağa dəvət edib.

Tamaşaçılar 28, 29, 30 noyabr və 1 dekabr da daxil olmaqla 4 gün davam edəcək festivalda, dünya tamaşaçıları tərəfindən müsbət qarşılanan 8 yunan filmini izləyə biləcəklər. Onu da qeyd edək ki, filmləri izləmək istəyən hər kəs dəvətnamələri 28Cinema-nın kassalarından pulsuz əldə edə bilərlər.