ƏSƏDOV Rəfael Əvəz oğlu

HƏSƏNOV İlham Gülbala oğlu
MAKEYEV İqor Vladimiroviç
ŞAHBAZOV Fəxrəddin İbrahim oğlu
(27.10.1992, Gəncə ş. – 12.11.1992, Ağstafa r.) – Azərbaycanın Milli Qəhrəmanı (16.9.1994, ölümündən sonra).

27 oktyabr 1952-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olmuşdur. O, 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Hərbi Artilleriya Akademiyasında davam etdirmişdir. R.Əsədov ali təhsilini başa çatdırdıqdan sonra SSRİ Silahlı Qiivvələrinin məhdud kontingenti tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq etmiş, leytenant rütbəsindən polkovnik rütbəsinədək yüksəlmişdi.
1991-ci il… Azərbaycanın başının üstünü qara buludlar almışdı. Gənc zabit qəlbinin hökmü ilə Vətənə qayıtdı, öz taleyini təzəcə yaranmaqda olan Milli Ordu ilə bağladı. Artilleriyanın təkmilləşdirilməsində, müasir zenit batareyalarının yaradılmasında bilik və bacarığını əsirgəmədi. Polkovnik Rəfael Əsədov artilleriya korpusunun komandiri təyin edildi. O, Ağdam, Goranboy, Tovuz, Gədəbəy döyüş bölgələrində aparılan hərbi əməliyyatların təşkilatçısı və fəal iştirakçısı oldu. Onun apardığı döyüş əməliyyatlarının əksəriyyəti uğurla nəticələnirdi. Cəsur komandir 12 noyabr 1992-ci ildə Ağstafa bölgəsində növbəti əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olmuşdur.
Evli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə polkovnik Əsədov Rəfael Əvəz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
 
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 98