AVCİYA Gəncə, Göygöl və Mingəçevirdə seminarlar keçirdi

İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişinə başlanılıb
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı  bələdiyyə seçkiləri ilə əlqədar regionlarda seminarları davam etdirir. Assosiasiya növbəti seminarları Gəncə, Göygöl və Mingəçevirdə keçirib. Seçki fəallığının artırılması və müşahidəçilərin maarifləndirilməsi məqsədilə keçirilən seminarlarda ətraf rayonlardan olan fəallar da iştirak edib.

Tədbir iştirakçıları qarşısında çıxış edən AVCİYA ekspertləri Azərbaycanda yerli özünüidarə sahəsində  beynəlxalq təcrübə, bələdiyyə institutunun keçdiyi tarixi yol, 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, bələdiyyələrin cəmiyyətdəki hazırkı durumu, bələdiyyələrin qanunvericilik bazası və digər məsələlər haqqında tədbir iştirakçılarına məlumat veriblər. Məruzəçilər həmçinin müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilmiş, regionda bələdiyyələrin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır. Hər üç tədbirdə müşahidəçilərə AVCİYA-nın  hazırladığı “ Müşahidəçilər üçün Yaddaş Kitabçası” təqdim olunub.

Tədbirdə t.ü.e.d.,professor Məhərrəm Zülfüqarlının rəhbərliyi ilə ekspertlər qrupu,  AVCİYA Gəncə və Mingəçevir Regional koordinatorları Muxtar Əsədov və Fizuli Əsədov iştirak ediblər.                                                           

AVCİYA Seçki Qərargahı