AVCİYA-nın nəşr etdirdiyi “Bakı haqqında 20 etüd” kitab-albomu çapdan çıxmışdır

AVCİYA Qaxda 45 məntəqəni müşahidə edib
AVCİYA-nın futbol komandası QHT-lər arası turnirdə uğurla çıxış edib
Sual-cavab

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) yeni nəşri işıq üzü görmüşdür. “Bakı haqqında 20 etüd” adlanan bu kitab-albom  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmişdir. Kitabın yaradıcı heyəti hər daşına bələd olduğumuz, hər gün küçələrini dolaşdığımız Bakını yeni rakursda – 20 etüddə təqdim edirlər. Kitab-albomun ideya müəllifi AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin üzvü, AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov, buraxılışa məsul AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov, yaradıcı qrupun rəhbəri Fuad Babayevdir.

Lakonik mətnlə və daha çox fotoların dili ilə təqdim edilən “Bakı haqqında 20 etüd” kitab-albomu geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.