PRESS-RELIZ

AVCIYA bələdiyyə seçkiləri ilə əlaqədar seminarlara Şirvandan başladı
DB-nin vitse-prezidenti: Azərbaycan davamlı iqtisadi artımın bütün əlamətlərini nümayiş etdirir
Namizədlərin yeni təbliğat forması

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə 23-24 sentyabr 2011-ci il tarixlərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Bakıda beynəlxalq tədbir keçiriləcək. Tədbirdə dünyanın 58 ölkəsindən 300-dən artıq tanınmış ictimai-siyasi xadim, o cümlədən,  Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, AVRONEST, Avropa ölkələri parlamentlərinin deputatları, hazırki və keçmiş dövlət xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın regional spikerləri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər iştirak edəcəklər.

Bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak və çıxış edəcəyi gözlənilir. Tədbiri AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov açacaq. Tədbirdə dövlət məmurları ilə yanaşı xarici qonaqların da çıxışları nəzərdə tutulub.

Tədbirlə bağlı son məlumatlar və video-görüntülər avciya.az saytında yerləşdiriləcək.