AVCİYA parlament seçkiləri ilə bağli fəaliyyət planinin ikinci mərhələsinin yekunlarini açiqlamişdir

AzTU-da Obama administrasiyasına ünvanlanan Qarabağ petisiyası ilə əlaqədar görüş keçirilib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) Azərbaycan Respublikası 01 NOYABR 2015-Cİ İL MİLLİ MƏCLİS Seçkilərinin uzunmüddətli müşahidəsinə dair HESABAT
Sərsəng su anbarı ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin təqdimatı keçirilib

Avqustun 27-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı Milli Məclisə keçiriləcək seçkilərlə bağlı fəaliyyət proqramının ikinci mərhələsinin yekunlarını açıqlamışdır.

AZƏRTAC xəbər verir ki, tədbirdə AVCİYA-nın regional nümayəndəliklərinin rəhbərləri, rayonlar üzrə əlaqələndiricilər, habelə siyasi partiyaların, QHT-lərin, beynəlxalq təşkilatların təmsilçiləri, KİV-lərin nümayəndələri və müstəqil ekspertlər iştirak etmişlər.

Azərbaycanda parlament seçkilərinə hazırlığın yüksək səviyyədə aparıldığını qeyd edən AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı fəaliyyət proqramının ikinci mərhələsində, ümumilikdə, 8 regionda – Şirvan, Lənkəran, Ucar, Goranboy, Gəncə, Oğuz, Xaçmaz və Zaqatalada müşahidəçilər üçün təlim keçəcək təlimçilərin hazırlanması məqsədi ilə seminarların keçirildiyini bildirmişdir. Regionlarda müşahidəçilərə treninqlər keçmək üçün 43 təlimçi hazırlanmışdır. Seminar iştirakçılarına seçkilərlə bağlı nəşr olunmuş 2 kitabça da paylanılmışdır.

Bildirilmişdir ki, AVCİYA seçkilərə aid bir sıra metodiki vəsait və 14 kitabça nəşr etdirmişdir. İyulda isə “2010-cu il Milli Məclisə seçkilərin monitorinqi. Yaddaş kitabçası” çap olunaraq regionlara paylanılmışdır.

Qeyd edilmişdir ki, AVCİYA seçkilərlə bağlı fəaliyyət proqramının üçüncü mərhələsinə sentyabrda start verəcəkdir.

Tədbirdə təlimçilərə qurumun sertifikatları paylanmışdır.

Sonda jurnalistləri marqandıran suallar cavablandırılmış, fikir mübadiləsi aparılmışdır.