Sual-cavab

AVCİYA seçkilərə kömək məqsədilə maarifçi təbliğatı davam etdirir
“Ailə institutunun möhkəmləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasına başlanıb
Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişiklikləri seçicilərin 69,7 faizi dəstəkləyib – “exit-poll”un yekun nəticəsi

Hörmətli oxucular, AVCİYA-nın təqdim etdiyi seçki səhifəsində seçkilərlə bağlı suallara, sizləri maraqlandıran, narahat edən problemlərə aydınlıq gətirmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Rubrikamız vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə hazırlanır. Sizin seçkiləri əhatə edəcək çoxsaylı suallarınızı AVCİYA-nın hüquqşünasları cavablandırır.

– Namizədliyi irəli sürmək və seçilmək hüququ hansı halda məhdudlaşdırılır?
– Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin İİİ hissəsinə əsasən hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər. Habelə Konstitusiyanın 85-ci və 100-cü maddələrinə uygun olaraq məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4 və Sual-cavab15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə, yəni ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin, ikili vətəndaşlığı olan, həmçinin xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşlarının Milli Məclisin deputatı, prezident və bələdiyyə üzvü seçilmək hüququ yoxdur.

– Seçki günü xarici dövlətlərdə olan Azərbaycan vətəndaşları səsvermədə necə iştirak edə bilərlər?
– Seçki Məcəlləsinin 16.5-ci maddəsinə müvafiq olaraq səsvermə günü xaricdə olan Azərbaycan Respublikasının vətəndaşları üçün Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə ümumiyyətlə keçirilmir. Prezident seçkiləri vaxtı isə xarici dövlətdə Azərbaycan Respublikasının səfirliyi və ya konsulluq idarəsi mövcud deyilsə və ya mövcud olmağına baxmayaraq diplomatik nümayəndəlikdə və ya konsulluq idarəsində seçki məntəqəsi yaradılmayıbsa o zaman həmin xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşları da səsvermədə iştirak etmirlər. Diplomatik nümayəndəliyin və ya konsulluq xidmətinin fəaliyyət göstərdiyi xarici dövlətlərdə isə əgər qanuna müvafiq olaraq məntəqə yaradılıbsa o zaman həmin olkələrdə olan vətəndaşlarımız seçkidə iştirak edə bilərlər. Lakin burada istisnalar var. Ona görə də müvafiq prosedur yalnız prezident seçkilərindəki səsverməni əhatə edir.

– Bir nəfər eyni zamanda bir neçə dairədən namizədliyini irəli sürə və seçkilərdə iştirak edə bilərmi?
– Şəxs eyni zamanda bir neçə dairədən namizədliyini irəli sürə və namizədliyi qeydə alındığı dairədən seçkilərə qatıla bilər. Əgər namizədliyini irəli sürmüş şəxsin namizədliyi bir neçə dairədə qeydə alınarsa, o zaman vətəndaş məhz hansı dairədən seçkilərə qatıldığı barədə qarar verməlidir. Çünki hər bir namizədin adı yalnız bir dairədə seçki bülleteninə salına bilər.