AVCİYA Sərsəng su anbarı ilə bağlı “dəyirmi masa” keçirir

Brüsseldə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçirilir
Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib
XİN başçısı: “Dünya ictimaiyyətinin reaksiya verməməsi ermənilərdə hər şeyin mümkünlüyü illüziyasını yaradıb”

Tərtər Rayon Gənclər Mərkəzində Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkisafına Yardım Assosasiyası (AVCİYA) “Sərsəng –humanitar faciənin qarşısının alınması “ layihəsi üzrə “dəyirmi masa” keçirir.

SalamNews xəbər verir ki, AVCİYA-nın prezidenti, deputat Elxan Süleymanov tədbiri açaraq Sərsəng su anbarının regionda əhəmiyyəti və ondan ermənilərin terror kimi istifadə edə biləcəyi təhlükəsindən danışıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçıcı Ceyhun Cəfərov qonaqları salamlayaraq Sərsəng su anbarının əhəmiyyətindən danışıb. Xatırlanıb ki, bu anbar 1976-cı ildə Tərtər çayın üzərində 726 metr hündürlükdə inşa edilib, 125 metr hündürlüyündə bəndə və 560 milyon kub metr su tutumuna malikdir. Bu orijinal su anbarı 1992-ci ildən Ermıənistanın işğalı altındadır və hazırda texniki qurğuların baxımsızlığı nəticəsində qəza vəziyyətindədir. Bu da Azərbaycanın işğal edilməmiş ətraf rayonun əhalisi üçün təhlükə vəziyyəti yaradır.

Siyasi elmlər doktoru Ramiz Sevdimalıyev məsələ ilə bağlı beynəlxalq hüquqi normalardan irəli gələn vəzifələrdən söz açıb.

İqtisad elmləri doktoru Çingiz İsmayılov Sərsəng su anbarının Aran Qarabağın iqtisadiyyatına təsiri haqqında danışıb.

Digər məruzəçilər su bəndinin tənzimlənməyən fəaliyyətinin bölgənin ətraf mühitinə zərəri haqqında, eyni zamanda bu anbarda baş verə biləcək qəzanın mümkün fəasdları barədəməlumat veriblər.

Sonra bu məsələ ilə bağlı ekspertlərin rəyi dinlənilib. Dinləmələrdə yunan, alman parlamentlərinin, Azərbaycan-Fillandiya parlamentlərarası dostluq qrupunun rəyi dinlənilib, müzakirələr aparılıb.

Salamnews.org