AVCİYA Şən və Hazırcavablar Klubundan təxribata son qoyulmasını tələb edib

“Qaradağlıdan Xocalıya” mövzusunda “dəyirmi masa” keçirilib
AVCİYA-nın futbol komandası QHT-lər arası turnirdə uğurla çıxış edib
AVCİYA Seçki Qərargahının rəhbəri AŞPA müşahidəçiləri ilə görüşüb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Şən və Hazırcavablar Klubunun rəhbərliyindən təxribata son qoyulmasını tələb edib.

lo

AVCİYA-dan APA-ya bildirilib ki, qurum bununla bağlı klub rəhbərliyinə müraciət edib. Müraciətdə deyilir ki “KVN – 2017” adlı 28-ci şən və hazırcavablar Beynəlxalq Festivalında bir çox ölkənin komandaları ilə yanaşı, “Çörək və Duzla” adlı qondarma “Dağlıq Qarabağ” komandasının da iştirak etməsinə Azərbaycan xalqı qəti etirazını bildirir.

“Nəinki Rusiya, bütün dünya Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktını qəbul edir və 1 milyondan artıq Azərbaycanlının işğal bölgəsindən məcburi köçkün düşməsi, Ermənistan silahlı qüvvələri tərəfindən çoxsaylı insanların amansızcasına qətlə yetirilməsi barədə məlumatlıdır. 2016-cı ildə AŞPA-nın qəbul etdiyi 2085 saylı qətnamə bunun əyani sübutudur. Avropa Şurasına üzv olan 47 Avropa ölkəsi bu qətnaməyə səs verərək Ermənistan dövlətini işğalçı kimi tanıdı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən geri çəkilməsini tələb etdi. İşğalçı Ermənistan işğalı leqallaşdırmaq üçün Dağlıq Qarabağı müstəqil dövlət olaraq tanıtmaq istiqamətində 25 ildir iş aparır, lakin onlar bu məqsədlərinə nail ola bilmirlər – deyə, müraciətdə qeyd olunub.

AVCİYa bildirir ki, qondarma “Dağlıq Qarabağ” komandasının bu festivalda tərəf kimi çıxışı birbaşa Ermənistanın işğalçı siyasətinə dəstək verilməsinə xidmət edir: “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası olaraq, Ermənistanın işğal altında saxladığı ərazilərdə formalaşdırdığı separatçı qondarma “Dağlıq Qarabağ Respublikasını” təmsil edən “Çörək və Duzla” adlı komandanın festivalda iştirakının dərhal dayandırılmasını tələb edir, ictimai rəydə çaşqınlıq yaradılmasının qarşısını almağa çağırırıq. Hesab edirik ki, Azərbaycan Respublikası Xarici İşlər NazirliyiMədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Rusiyadakı səfirliyi, Diaspor təşkilatlar bu təxribatın qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməlidir”.