Ağ Evin saytında açılmış petisiya ilə bağlı Dillər Universitetində görüş keçirilib

AVCİYA Bakı rayonları, Abşeron və Sumqayıt müşahidəçiləri üçün treninqlərə başlayıb
“2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirilib
AVCİYA nəşr etdirdiyi kitabların təqdimatını keçirib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Barak Obamaadministrasiyasına ünvanlanan”Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə” petisiya layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb. 

APA-nın məlumatına görə, Azərbaycan Dillər Universitetinin rektor əvəzi Dünyamin Yunusov layihənin əhəmiyyətindən, Azərbaycan əsgərinin qəhrəmanlığından, gənclərin ruh yüksəkliyindən danışıb.

AVCİYA-nın sədri, millət vəkili Elxan Süleymanov hər kəsi layihəyə qoşulmağa çağırıb. O bildirib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş  Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.

E. Süleymanovun sözlərinə görə, artıq 60 mindən çox səs qəbul edilib. Assosiasiya sədri səs sayının yaxın günlərdə bir neçə yüz minə çatacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.