Azərbaycan Milli Məclisinə seçkilərdə səsvermə başa çatıb

Fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçiriləcək
İşğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərinə artıq başlanıb
Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirakı ilə Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib

Azərbaycanda Milli Məclisə keçirilən seçkilərdə səsvermə başa çatıb. APA-nın məlumatına görə, seçki məntəqələri saat 19.00-da bağlanıb. Qeyd edək ki, seçki məntəqələri saat 8.00-da açılıb. Azərbaycanda 4 946 588 nəfər səsvermə hüququ olan vətəndaş var. Seçicilərin sayından 3% artıq – 5 096 574 ədəd bülleten çap olunub.
Qeyd edək ki, Milli Məclisə keçiriləcək 4-cü çağırış seçkilərlə əlaqədar 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparır.
Seçkiləri qeydiyyatdan keçmiş 48 mindən artıq müşahidəçi, o cümlədən MSK-da akkreditə olunmuş 1024 beynəlxalq müşahidəçi izləyir. /APA/