Millət vəkili Elxan Süleymanov: “Hər bir səs Ağ Evin rəsmi saytına girən milyonlarla insanı düşünməyə məcbur etməlidir”.
28.04.2016 15:49
Millət vəkili Elxan Süleymanov: “Hər bir səs Ağ Evin rəsmi saytına girən milyonlarla insanı düşünməyə məcbur etməlidir”.
Millət vəkili Elxan Süleymanov: “Hər bir səs Ağ Evin rəsmi saytına girən milyonlarla insanı düşünməyə məcbur etməlidir”.
Millət vəkili Elxan Süleymanov: “Hər bir səs Ağ Evin rəsmi saytına girən milyonlarla insanı düşünməyə məcbur etməlidir”.
Aprelin 28-də AVCİYA-nın "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması” adlı petisiya layihəsini dəstəkləyənlər sırasına Bakı Slavyan Universiteti də qoşuldu. Bu münasibətlə Universitetdə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, filologiya elmləri doktoru, professor Asif Hacıyev AVCİYA-nın prezidenti Elxan Süleymanovun fəaliyyəti, onun təşəbbüsü ilə AŞPA-nın qəbul etdiyi 2085 saylı qətnamə ilə bağlı məlumat verdi. Rektor qeyd etdi ki, petisiyanın dəstəklənməsi hər kəsin vətəndaşlıq borcu olmalıdır.AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov bildirdi ki, 2085 saylı qətnamə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin böyük qələbəsidir. Qətnamə ilk dəfə olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu bildirən və təcavüzü düzgün qiymətləndirən beynəlxalq sənəddir. Millət vəkili qeyd etdi ki, qətnamədə Sərsəng su anbarı ilə bağlı yaranmış vəziyyətə də münasibət bildirilir, su anbarında baş verə biləcək qəza ilə əlaqədar humanitar böhran yaranacağı təqdirdə məsuliyyətin Ermənistan Respublikasının üzərinə düşəcəyi vurğulanır. E.Süleymanov söylədi ki, son günlər Ermənistanın Sərsəngin mühafizəsi üçün xüsusi təyinatlı dəstə göndərməsi də belə bir fəlakətin baş verə biləcəyini istisna etmir. AVCİYA prezidenti Ağ Evin rəsmi saytındakı petisiya layihəsinin də Sərsəng uğrunda mübarizəni davam etdirmək zərurətindən qaynaqlandığını vurğuladı. Millət vəkili indiyədək petisiyaya 250 min nəfərdən artıq səs verilməsini onu dəstəkləyənlərin ümumi sayı ilə müqayisədə bir damla olduğunu bildirdi.  Tələbələri səsvermə prosesində fəal olmağa çağıran Elxan Süleymanov dedi: ”Hər bir səs Sarkisyanı titrədən, Ermənistanı lərzəyə salan qüvvə olmalıdır. Hər bir səs Ağ Evin rəsmi saytına girən milonlarla insanı düşünməyə məcbur etməlidir”.
AVCİYA-nın nümayəndəsi İradə Yaqubova petisiyaya səsvermə qaydaları ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı.




oxşar xəbərlər