Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilir

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Xaçmaz filialının açılışında iştirak edib
PRESS-RELİZ
Əli Həsənov: AŞPA-da növbəti anti-Azərbaycan kampaniyasının başlanması təəccüblü deyil və təsadüfi xarakter daşımır

Aprelin 5-də Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edir.

Əvvəlcə birgə foto çəkdirildi.

Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər naziri Jorje Arreaza Monzerrat ölkəsinin Prezidenti Nikolas Maduronun Qoşulmama Hərəkatının fəaliyyətini dəstəklədiyini vurğulayaraq, onun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə və konfrans iştirakçılarına çatdırdı.

Konfransda Qoşulmama Hərəkatının Venesuelanın Marqarita şəhərində keçirilən sonuncu Sammitindən sonra dünyasını dəyişən prezidentlərin və liderlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində nitq söylədi.

Sonra nazirlər konfransına sədr seçkisi keçirildi.

Səsvermə nəticəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransa sədr seçildi.

Elmar Məmmədyarov tədbirdə çıxış etdi.

Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir.

Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.