“Bugünkü seçkilərdə böyük inkişaf, irəliləyiş müşahidə etdim”

Deputat seçkili qurumda seçicilərin maraqlarını təmsil etməlidir
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
“ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” kitab-albomu çapdan çıxıb

“Mən Azərbaycanda dəfələrlə olmuşam. Bu, mənim sizin ölkənizdə müşahidə etdiyim dördüncü seçkidir. Sonuncu dəfə 2010-cu ilin oktyabr ayında  keçirilən seçkilərdə iştirak etmişəm”. Bunu APA-ya açıqlamasında Fransa Milli Assambleyasının üzvü, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Tyerri Mariani (Thierry Mariani) deyib. Onun sözlərinə görə, bugünkü seçkilərdə böyük inkişaf, irəliləyiş müşahidə edib: “Bu gün seçkilər daha şəffaf şəkildə keçir. Mən diqqətlə izləyirdim, sizin prezidentliyə 10 namizədiniz var. Onların bəzilərinin təşviqat plakatlarını şəhərdə gördüm. Həmçinin televiziyada debatlara da baxmışam. Düzdür, onlar bəzi ölkələrdə olduğu kimi, çox gərgin olmasalar da, hesab edirəm ki, yaxşı istiqamətdə gedirdi”.