Els müstəqil araşdırmalar mərkəzi “exit-pol” tədqiqatı həyata keçirəcək

AVCİYA Parlament seçkiləri ilə bağlı fəaliyyət proqramı hazırlayıb
Səhiyyə Nazirliyi risk qrupuna daxil olan hamilə qadınların vaksinasiya olunmasını tövsiyə edir
AVCİYA daha altı rayonda referendumla bağlı treninqlər keçirib

“Els” Müstəqil Araşdırmalar Mərkəzi 2010-cu il parlamet seçkiləri günü 118 dairədə hər birində 10 məntəqə olmaqla “exit pool” tədqiqatı həyata keçirəcək. Artıq bununla bağlı mərkəz tələb olunan sənədlər paketini hazırlamışdır. Sənədlər paketinin yaxın günlərdə MSK-ya təqdim ediləcəyi planlaşdırılıb. Mərkəz tədqiqatın Bakıda və yerlərdə həyata keçirilməsi üçün intervüerlərin seçimini başa çatdırıb. Oktyabrın 2-dən etibarən intervuerlərin hazirlanmasına start veriləcək.
Qeyd edək ki, Mərkəz 2008 ci il prezident seçkilərində və ötən il keçirilən bələdiyyə seçkilərində “exit pool” tədqiqatı həyata keçirib.
“Els” Müstəqil Araşdırmalar Mərkəzi