Ermənistan ordusunun bölmələrinin açdığı atəş nəticəsində Ağcabədi sakini yaralanıb

7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Kamil Səlimovun (hüquq elmləri doktoru, AVCİYA-nın eksperti) çıxışı
Prezident və birinci xanım Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Kolumbiya parlamenti Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz boşaldılmasını tələb edir

Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

AZƏRTAC xəbər verir ki, yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir.

Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb. Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir.