Ermənistan ordusunun bölmələrinin açdığı atəş nəticəsində Ağcabədi sakini yaralanıb

Beynəlxalq təşkilatlardan Ermənistana qarşı sanksiya tətbiq etmək tələb olunub
Son üç ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin siyahısına 82 nəfər əlavə edilib
7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Çingiz İsmaylovun (iqtisad elmlər doktoru, AVCİYA-nın eksperti) çıxışı

Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

AZƏRTAC xəbər verir ki, yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir.

Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb. Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir.