Moskvada referendumda seçicilərin fəallığı 85,3 faiz təşkil edib

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
AVCIYA 24 gün ərzində müşahidəçilərə 36 seminar keçirib
Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə bağlı ciddi tapşırıqlar verdi

Azərbaycanın Moskvadakı səfirliyində təşkil edilmiş 15 saylı birinci Yasamal seçki dairəsinin 37 saylı seçki məntəqəsində Azərbaycan konstitusiyasına əlavə və dəyişiklərin edilməsi üzrə keçirilən referendum seçkilərinin bitməsindən sonra seçicilərin fəallığı 85,3 faiz təşkil edib. Moskvada cəmi 1442 nəfər qeydiyyatdan keçib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

Ümumxalq səsverməsinə bir neçə məsələ çıxarılıb. Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində hazırda yer alan “heç kim iki dəfədən artıq AR prezidenti seçilə bilməz” redaktəsinin “müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını” nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib. /Trend/