MSK: Azərbaycanda seçicilərin 71,08%-i səsvermədə iştirak edib

Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib
AVCİYA: Seçkilər demokratik normalara uyğun, şəffaf və ədalətli keçirilib
“ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb

Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzi seçici fəallığı ilə bağlı saat 19.00-a olan nəticələri açıqlayıb.

APA-nın məlumatına görə, ölkə üzrə seçicilərin 3 478 571 nəfəri səs verib ki, bu da ümumi seçicilərin 71,08%-i deməkdir.

Ən yüksək seçici fəallığı 75 saylı Lənkəran-Masallı (81,12%), ən aşağı seçici fəallığı isə 43 saylı Sumqayıt III (59,79%) Seçki Dairəsində qeydə alınıb. /APA/