Özbəkistanın tnews.uz portalı Azərbaycan və Rusiyanın birgə dəniz səyahətləri təşkil edəcəyindən yazır

Komitə sədri: Azərbaycan dövlət-din münasibətləri modelinin ən yaxşı nümunələrindən birini yaradıb
Novruz Məmmədov: Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli baxımından vacibdir
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib

Daşkənddəki tnews.uz portalı rus dilində “Azərbaycan və Rusiya birgə dəniz turları təşkil edəcək” sərlövhəli məqalə dərc edib.

Məqalədə bildirilir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “Moskva Çay Gəmiçiliyi” arasında Xəzər dənizində PV300VD layihəli “Pyotr Velikiy” adlı sərnişin gəmisini istismar etməklə, dəniz turlarının təşkili haqqında memorandum imzalanıb. Sənədi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyev və “Moskva Çay Gəmiçiliyi”nin baş direktoru Konstantin Anisimov imzalayıblar.

Qeyd olunur ki, imzalanma mərasimində Bakının böyük turizm imkanları haqqında söhbət açılıb. Bildirilib ki, bu layihə Azərbaycana daha çox turist cəlb etməyə imkan yaradacaq.

Memoranduma əsasən, dəniz turları 2019-cu ilin sonunadək başlayacaq. Eyni zamanda, Moskva-Bakı (Daxili çaylarla Həştərxana, oradan isə Bakıya), Həştərxan-Mahaçqala-Bakı, Bakı-Ənzəli-Nouşəhr-Türkmənbaşı-Aktau-Həştərxan və digər marşrutlar üzrə turlar təşkil etmək də nəzərdə tutulur.

Qulu Kəngərli, AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd