Qazaxıstanlı turist: Azərbaycanlılar çox qonaqpərvərdirlər

Uzadılmış ali təhsil proqramları üzrə tələbələr üçün tələblər məlum olub
İstanbulda keçirilən beynəlxalq festivalda Azərbaycanın ilk süni intellekti “Şuşa”nın kompozisiyası təqdim edilir
ATƏT sədri: “Bakıda Qarabağ münaqişəsinə dair sülh prosesini dəstəkləməyin yollarını müzakirə edəcəyik”

Azərbaycanda ikinci dəfədir oluram. Altı ay əvvəl də ölkənizə gəlmişdim. Həmin vaxt yalnız Bakı şəhəri ilə tanış ola bildim. İxtisasca mühəndis olduğum üçün şəhərin arxitektura elementlərinə daha çox fikir verdim. Bakının qədim və müasir arxitekturası diqqətimi daha çox cəlb etdi, paytaxtınızın gözəlliyinə heyran qaldım. İnsanların mehribanlığı, qonaqpərvərliyi xüsusilə xoşuma gəldi. Qərara aldım ki, Azərbaycana yenidən səfər edim və bu dəfə regionlara baş çəkim.

Bu sözləri qazaxıstanlı turist Aygerim Kurenbayeva Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Qonaq bildirib ki, Almatı şəhər bələdiyyəsində çalışır və turist səfərlərinə çıxmağı çox xoşlayır. Şəkidə Yuxarı Karvansaray mehmanxana kompleksində yerləşdiyini bildirən A.Kurenbayeva qeyd edib ki, Şəkidə Azərbaycanın qədim tarixini özündə yaşadan çoxlu sayda abidə var və bu şəhərdə mədəni irsə göstərilən qayğı onun çox xoşuna gəlib. Qonaq deyib: “Şəki xanlarının sarayı orijinallığı ilə seçilir. Sarayın tərtibatı, xüsusilə şəbəkə pəncərələri məni valeh etdi. Həqiqətən də bu saray çox nadir sənət nümunəsidir”.

Azərbaycanın milli mətbəxinin dadlı və ləziz yeməklərlə zəngin olduğunu vurğulayan qazaxıstanlı turist göyərti və ətdən hazırlanan müxtəlif növ qutabların, yarpaq dolmasının onun çox xoşuna gəldiyini də bildirib.