Rusiyanın Ermənistanı silahlandırması yolverilməzdir!

Mətbuat Şurasının “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb
1918 ci il Şamaxı soyqırımına həsr olumuş beynəlxalq konfrans keçiriləcək
Sual-cavab

Azərbaycanda Miqrant və Məcburi Koçkünlərin Hüqularının Müdafiəsi ictimai birliyi bəyanatla çıxış edib. Bəyanatda deyilir: Kütləvi informasiya vasitələrinə Rusiyanın növbəti dəfə Ermənistanı silahlandırması faktları məlum olmuşdur. Əldə olunan məlumatlara görə 2008-ci ildə Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasından silahlanma üzrə rəis, Şimali Qafqaz hərbi dairəsi komandanının silahlanma üzrə müavini Vyaçeslav Qolovçenkonun imzası ilə Ermənistan Müdafiə Nazirliyinin sərəncamına 800 milyon ABŞ dolları dəyərində 69 adda silah, hərbi sursat, texnika və avadanlıqlar o cümlədən 21 ədəd T-72 tankı; 27 ədəd BMP-2, 12 ədəd BTR 70/80, 5 ədəd BMP-1 bazasında hazırlanmış BREM-2 döyüş maşınları; 4 ədəd ZSU 23-4 «Şilka» raketi; müxtəlif markalı «Strela» raketləri; 875 yeşik F-1, RQD-5 qumbaraları; 1050 yeşik RKQ-3/3 EM qumbarası; 7897 ədəd müxtəlif markalı (122 mm RS, 152 mm 2S3, 122 mm D-30 və s.) döyüş sursatı; 120 ədəd QP-25 lüləaltı qumbaraatanı; 2846 ədəd 5,45 millimetrlik AK-74 və AKS-74 avtomat silahları; 1472 ədəd 7,62 millimetrlik AKM və AKMS avtomat silahları; 103 ədəd NB-8 gecəgörmə cihazı; trotil şaşkaları; müxtəlif markalı (TM 62 M/P, OZM-72, PMN) minalar; 14 ədəd BM-37 minaatanları; 9 ədəd «Qrad» qurğusu (RSZO 9K51 BM-21); 10 ədəd T-55 bazasında hazırlanmış «Akasiya» qaubitsası (SAU 152 mm 1S); 14 ədəd MT-LBU bazasında hazırlanmış «Qvozdika» qaubitsası (SAU 122 mm 2 S1); 5 ədəd 100 millimetrlik «Rapira» topu (MT-12r); 210 ədəd 3 M9M3 «Kub» raketi və sairə verilmişdir.

Bu fakt Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Aleksandr Petrunin tərəfindən də təsdiqlənmişdir. Ermənistan müdafiə nazirinin müavini Alik Mirzabekyanın verdiyi məlumata görə Rusiya tərəfindən Ermənistan Müdafiə Nazirliyinin Hava Hücumundan müdafiə qüvvələrinə əlavə olaraq S-125 və «Peçora-2M» adlı zenit-raket kompleksinin verilməsi nəzərdə tutulub. Bu, Rusiya tərəfindən Ermənistana silah-sursat ötürülməsinə dair yeganə fakt deyildir. 1996-1998-ci illərdə birincinin ikinciyə təmənnasız olaraq 1 milyard dollar dəyərində silah-sursatın verilməsi, 2000-ci ildən başlayaraq «Radiotexkomplekt» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Ermənistanın hərbi təyinatlı müxtəlif radioelektron avadanlıqlarla təchizatı və sair hallar da məlumdur.

«Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyi ölkənin məcburi köçkün əhalisinin mövqeyini ifadə edərək göstərilən faktlardan narahatlığını və hiddətini bildirir, Rusiyanın sözügedən addımını qətiyyətlə pisləyir. Məsələ burasındadır ki, bu ölkə ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesi ilə məşğul olan Minsk Qrupunun üç həmsədrindən biridir, onun silahlandırdığı Ermənistan isə Azərbayjanın ərazilərinin beşdə birini işğal etmiş və indiydək də onları işğal altında saxlamaqdadır.

Rusiyanın Azərbaycana qarşı hədəsi kimi qiymətləndirilə bilən, Moskva bəyənnaməsinin və Avropada Adi Silahlı Qüvvələrə dair cinah sazişinin müddəalarına tam zidd olan bu addımları onun Azərbaycan xalqı yanındakı nüfuz və etimadına ciddi zəlrbə vurur və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəfsizliyini şübhə altında qoyur.

Azərbaycanın doğma yurdlarından qovulmuş bir milyon insanı adından biz Rusiyanı dünya ictimaiyyəti qarşısında məsuliyyət hiss etməklə beynəlxalq qayda-qanunlara tabe olmağa çağırır, onun rəhbərliyindən hər hansı bəhanələr altında işğalçı dövləti silahlandırmağı dayandırmağı, qanunsuz verilmiş silah-sursatı geri qaytarmağı qətiyyətlə tələb edirik!

16.01.2009