“Sərsəng – SOS” adlı tədbir keçirilib

Sərsəng su anbarına dair qətnamə təklifi məruzə üçün Avropa Şurasının Sosial Məsələlər Komitəsinə yönləndirilib
Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat veriblər
Ağ Evin saytında açılmış petisiya ilə bağlı Neft və Sənaye Universitetində görüş keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Sərsəng – SOS” adlı tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Elxan Süleymanov bildirib ki, AŞPA-da qəbul olunan “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı qətnamə dəyişilməyən, rəsmi səndədir: “Qəbul edilmiş qətnamədə artıq “nəzarətdə olan separatçı qüvvələr” sözləri yoxdur. Bu qətnaməni qəbul etməklə AŞPA aydın şəkildə bəyan edir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu əraziləri işğal edib. Qəbul olunan sənədlə AŞPA Ermənistan silahlı qüvvələrinin işğal zonasından geri çəkilməsini tələb edir. Qətnamədə vurğulanır ki, “qəsdən süni ekoloji böhranın yaradılması”  “ekoloji təcavüz” hesab edilməli və ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək məqsədilə bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməlidir”.

Millət vəkili AŞPA-da Robert Volterin müəllifi olduğu “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı qətnamənin qəbul olunmamasına da münasibət bildirib.

E. Süleymanov əlavə edib ki, Azərbaycana olan qərəzli mövqeyinə görə və  “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı qətnamənin müddəalarının yerinə yetirilməsi üçün xarici işlər naziri Elmar Məmmədyarovu nota verməli, ATƏT-in  Minsk qrupunun tədbirlərindən imtina etməlidir: “İnanıram ki, Elmar Məmmədyarov bunu edəcək”.