SALAHOV Şakir Şamil oğlu

KƏRİMOV Kərim Məhəmməd oğlu
AXUNDOV Səfa Fətulla oğlu
ALLAHVERDİYEV Namiq Müslüm oğlu

SALAHOV Şakir Şamil oğlu (15.6.1966, Xocalı r-nunun Cəmilli k. – 28.1.1992) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

15 iyun 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd səkkizillik məktəbini bitirdikdən sonra, təhsilini həmin kənddəki qiyabi orta məktəbdə davam etdirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılmışdır. 1986-cı ildə hərbi xidmətini müvəfəqiyyətlə başa vurub Xankəndi şəhər Daxili İşlər idarəsinin mühafızə şöbəsinə işə qəbul edilir.

1990-cı ildə Yuxarı Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Daxili İşlər Nazirliyi Cəmilli kəndində polis bölməsi yaradır. Ş. Salahov ilk gündən bölmədə fəaliyyətə başlayır. 1991-ci ildə o, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şuşa şəhər filialının fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olur.

Cəmilli kəndində yaradılmış bölmə, əsasən Kosalar və Cəmilli kəndlərini mühafizə edirdi. Bu kəndi Xankəndindən cəmi 3 kilometr məsafə ayırırdı.

Ş.Salahov ermənilər tərəfındən olan hücumların qarşısınm alınmasında əsl hünər göstərirdi. 1991-ci il fevral ayının 26-da ermənilər üç tərəfdən – Ballıca, Xənəzək və Xankəndi istiqamətlərindən Cəmilli kəndinə güclü hücuma keçdilər. Həmin döyüşdə Ş.Salahov neçə-neçə erməni quldurunu məhv etdi. 1991- ci il avqust ayının 23-də erməni quldurları Kosalar-Cəmilli kəndləri arasındakı “Darlı” adlanan yerdə, içərisində 21 nəfər sərnişin olan “UAZ” markalı maşını atəşə tutdular. Nəticədə üç nəfər şəhid oldu. Şakir şəhidlərin qanını yerdə qoymadı.

Cəmilli kəndi işğal olunduqdan sonra, 1992-ci il yanvarın 28- də o, yenidən Kosalar kəndinin müdafıəsinə yollanır. Ağdam-Şuşa marşrutu ilə uçan vertolyot ermənilər tərəfindən vurulur. Sərnişinlər düşmənə təslim olmamaq üçün özlərini vertolyotdan ataraq, həlak olurlar. Onların arasında Ş.Salahov da vardı.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Salahov Şakir Şamil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bərdə şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 252