Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi” inşa müsabiqəsinə yekun vuruldu

Fazil Mustafanın yeni kitablarının təqdimat mərasimi keçirilib
ABŞ-ın Pitsburq şəhərində 28 may Azərbaycan Günü elan edilib
193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada

Oktyabrın 24-də Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində  “Nəsimi böyük mütəfəkkir kimi” mövzusunda Şamaxının 67 orta və tam orta məktəb şagirdləri arasında keçirilmiş inşa müsabiqəsinin yekun tədbirində iştirak edib. Millət vəkilinin təşəbbüsü və dəstəyi ilə keçirilmiş inşa müsabiqəsini Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və 1905.az portalı təşkil edib.

11-12 oktyabr 2019-cu il tarixdə Şamaxıda keçirilmiş inşa müsabiqəsində Göylər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Qəniyeva Nərmin İskəndər qızı I yerə, Çuxuryurd kənd tam orta məktəbin X sinif şagirdi Abdurahmanova Arzu İslam qızı və Göylər kənd 1 saylı tam orta məktəbin IX sinif şagirdi Kərimova Nəzrin Müşfiq qızı II yerə, Məlhəm kənd tam orta məktəbin VIII sinif şagirdi Hidayətov Nuran Aqil oğlu, Şamaxı şəhər 9 nömrəli  tam orta məktəbin X sinif şagirdi Abbasova Gültəkin Nemət qızı və Çuxuryurd kənd tam orta məktəbin VIII sinif şagirdi Əfəndiyeva Vüsalə Vüqar qızı isə III yerə layiq görülüb.

Aktyor Səfa Mehdinin aparıcılığı ilə keçən tədbirdə filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, inşa müsabiqəsinin münsiflər heyətinin rəhbəri, filologiya elmləri doktoru, professor Asif Hacılı, Çuxuryurd kənd tam orta məktəbinin direktoru Fuad Nəsirov, Şamaxı rayon Təhsil şöbəsinin müdiri Namiq Nağıyev, Şəhriyar qəsəbəsi tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı muəllimi Nişanə Əyyubova çıxış ediblər. Yerli sakin, Nəsimi yaradıcılığının bilicisi Fərəc Əliyev böyük mütəfəkkirin şeirlərindən nümunələr söyləyib.

Tədbirdə çıxış edən millət vəkili Elxan Süleymanov 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə böyük töhfə kimi dəyərləndirib. Millət vəkili  inşa müsabiqəsinin qaliblərini bir-bir səhnəyə dəvət edərək şəxsən diplom, “Şamaxı ensiklopediyası” kitabları və pul mükafatları ilə təltif edib, onlara öz tövsiyələrini çatdırıb. Müsabiqədə I yerə layiq görülmüş Göylər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Qəniyeva Nərminin Azərbaycan dili və ədəbiyyatı muəllimi Xoşqədəm İsrafilova xüsusi diplom, xatirə hədiyyələri və pul mükafatına layiq görülüb.

Görüşün sonunda xatirə fotoşəkli çəkdirilib.

Strategiya.az