Bakıda MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyası təsdiq edilib

Baş Qərargah rəisi “TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək texnikalara baxış keçirib
Mövlud Çavuşoğlu: “Ermənistan şərtlərə əməl etsə, Azərbaycan və Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər”
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

Bu gün Bakıda keçirilən MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyası təsdiq edilib.

“Report” xəbər verir ki, Konsepsiya hərbi sahədə yeni üst səviyyəyə çatmaq məqsədi daşıyır, təhlükəsizliyin təmin edilməsi, müasir çağırış və təhdidlərə qarşı mübarizə sahəsində MDB dövlətlərinin milli maraqlarını, birgə prioritetlərini əks etdirir.

İclas zamanı həmçinin MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri təsdiqlənib, “Beynəlxalq Ordu Oyunları-2019″un yekunları müzakirə edilib, 2-ci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçirilib.

MDB Müdafiə Nazirləri Şurası Birlik ölkələrinin birgə hava hücumundan müdafiə sisteminin planlı inkişafı çərçivəsində növbəti il üçün kompleks tədbirlər planını təsdiqləyib, eləcə də onun gələcək fəaliyyətinin maliyyə aspektlərini razılaşdırıb.

Qeyd olunur ki, 2020-ci ilin əsas tədbiri “Regional təhlükəsizlik-2020” MDB birgə hava hücumundan müdafiə sisteminin birgə kompüter komanda-qərargah təlimləri olacaq.

Görüş zamanı həmçinin iştirakçılar Suriyadakı hərbi əməliyyatlar zamanı pitotsuz uçan aparatlarla edilən kütləvi hücumların qarşısının alınması, eləcə də Laosda humanitar minalardan təmizlənmə tapşırıqlarının yerinə yetirilməsi təcrübəsini dinləyib.

Report.az