Məşhur türk müğənnidən Azərbaycana dəstək

Elxan Süleymanov: Avropa Parlamentində Azərbaycana qarşı riyakarlıq davam edir…
Xarici Kəşfiyyat Xidmətinin Əsasnaməsi və strukturu
Prezident və birinci xanım Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Türkiyənin məşhur müğənnisi Demet Akalın Dağlıq Qarabağ həqiqətlərinin dünyaya tanıdılması ilə bağlı Ağ evin saytında yerləşdirilən petisiyaya qoşulub.

AzVision.az xəbər verir ki, bu barədə Demet Akalın 4 milyondan artıq izləyici olan sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.

“Hər kəs işğalın fərqindədir. Ermənistanın Azərbaycandakı işğalına sən də dur de! Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qaytarılması və bölgədəki insan fəlakətlərinin qarşısının alınması üçün sən də petisiyaya səs ver!”

Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-da “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Petisiya Ağ evin saytında yerləşdirilib.

AzVision.az