“Yandex”də erməni təxribatının qarşısı alınıb

Naxçıvanda keçirilən “Milli geyimlər festivalı” böyük marağa səbəb olub
Moqerini: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəticəsində davamlı sülhdən hər kəs faydalanacaq
Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası davam edir

Rusiyaya məxsus “Yandex.ru” axtarış sistemində Azərbaycanla bağlı dezinformasiya Diasporla İş üzrə Dövlət Komitəsinin məsələyə müdaxiləsilə proqramdan çıxarılıb.

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Bununla bağlı Dövlət Komitəsinə məlumat daxil olan kimi Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına təxribatın qarşısının alınması məqsədilə müəyyən tövsiyələr verilib.

Məsələ ilə əlaqədar “Moskvanın Azərbaycan İcması” təşkilatının sədri Şamil Tağıyev sosial şəbəkə vasitəsilə soydaşlarımıza Yandex rəhbərliyinə müraciət ünvanlamalarını xahiş edib. Diaspor təşkilatlarının və ümumilikdə soydaşlarımızın kəskin etirazları nəticəsində sistemdə yerləşdirilmiş Azərbaycan haqqında dezinformasiya proqramdan çıxarılıb.

Qeyd edək ki, sistemin smartfonlar üçün hazırladığı səsli proqramda Azərbaycan haqqında sorğuya yanlış məlumat yerləşdirilmişdi. Məlumatda Azərbaycan Respublikası ləzgi, gürcü və erməni torpaqlarında yaradılan qondarma dövlət kimi təqdim olunurdu.

Trend: