Əli Əsədov: “2022-ci il üçün dövlət büdcəsində xərclərin 69 faizi sosialyönümlüdür”

Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Azərbaycanda elektron siqaretlərin satışına görə 5 min manat cərimə tətbiq ediləcək
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi elan edili

Koronavirusla mübarizə məqsədilə dövlət büdcəsindən 1,6 milyard manatdan çox vəsait xərclənib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov parlamentin dekabrın 3-də keçirilən iclasında bildirib.

Zəngəzur dəhlizinin ölkəmizin iqtisadi inkişafı üçün əhəmiyyətindən danışan Baş nazir Füzuli Beynəlxalq Hava Limanının artıq istifadəyə verildiyini vurğulayıb, Laçın və Zəngilanda da hava limanlarının da inşasına başlanıldığını diqqətə çatdırıb.

Baş nazir növbəti ildə də pandemiyanın təsirlərindən qorunmağa ehtiyac olduğunu qeyd edib. Bildirib ki, iqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əli Əsədov vurğulayıb ki, 2022-ci il üçün dövlət büdcəsində xərclərin 69 faizi sosialyönümlüdür.

Əməkhaqlarının, sosial müavinətlərin, pensiyaların artırılması üçün əhəmiyyətli maliyyə təminatı yaradıldığını qeyd edən Əli Əsədov şəhid ailələrinin, qazilərin məsələlərinin dövlətimizin daim diqqət mərkəzində saxladığını vurğulayıb.

AZƏRTAC